• EN


 Ümumi məlumat

TuranBank – ödəniş kartları bazarında neçə illərdir ki qabaqcıl mövqeyə malikdir. Ödəniş kartları sahəsində yüksək səviyyəli təcrübə və peşəkarlığa malik olan TuranBank Sizə “Əmək Haqqı” layihəsi çərçivəsində əməkdaşlarınızın əmək haqlarını beynəlxalq ödəniş kartları vasitəsi ilə ödənilməsini təklif edir.

Üstünlüklər

 Şirkət üçün:

  • Ölkənin iri özəl bankının kompleks xidmətlərindən yararlanmaq
  • Asan qoşulma və sürətli xidmət
  • Bir əməliyyatla əmək haqqının ödənilməsi
  • Tam təhlükəsizlik, risklərin minimuma endirilməsi
  • Bank xidmətləri ilə bağlı 24/7 məsləhət
  • Şirkətin mühasibatlığının iş yükünün azaldılması, əmək haqqının verilməsi ilə bağlı əlavə vaxt, işçi qüvvəsi, xərcin aradan qaldırılması
  • İşçilərin iş prosesindən ayrılmaması
  • İş günü ərzində əmək haqqlarının hesablara avtomatlaşdırılmış qaydada köçürülməsi imkanı

Əməkdaşlar üçün:

  • Ölkə üzrə 30-a qədər ATM şəbəkəsindən pulsuz nağdlaşdırma;
  • İnternetdə alış-veriş etmək və müxtəlif xidmətləri ödəmək;
  • Əmək haqqı mədaxil olunduqda əməkdaşı SMS vasitəsi ilə məlumatlandırmaq (“SMS məlumatlandırma” xidməti);
  • TuranBank Mobilbank proqram təminatından istifadə etməklə banka gəlmədən bütün bank xidmətlərindən istifadə etmək;
  • Kartın qalıq balansına əlavə 4% hesablanması
  • Tərəfdaş restoranlardan, dükanlardan və digər ictimai iaşə obyektlərindən ödənilən məbləğin 20% -ə qədərini geri qaytarmaq imkanı

Qoşulma

Əmək haqqı layihəsinə qoşulmaq və daha ətraflı məlumat almaq üçün Turanbankın hər hansı filial və ya şöbəsinə müraciət edə, yaxud Onlayn sifariş edə bilərsiniz.

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın...

TuranBank 2025-ci ilin I rübünün nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin I rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 876 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli...

TuranBank gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və...

TuranBank nüfuzlu maliyyə qurumundan kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi...

TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub. Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan...

TuranBank ASC-nin Müşahidə Şurasının iclası keçirilib

TuranBank ASC-nin Müşahidə Şurasının geniş tərkibli növbəti iclası keçirilib. Bankın  Müşahidə Şurasının sədri Rauf Kazımovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin baş direktorlar iştirak ediblər. İclasda 2024-cü il üzrə Bankın illik fəaliyyətinə dair İdarə Heyətinin hesabatı dinlənilib, cari inkişaf strategiyasının icrası və əldə olunmuş nəticələr...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir. Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac...

TuranBank ağacəkmə aksiyası təşkil edib

Fəaliyyətində Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini rəhbər tutan TuranBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirərək ağacəkmə aksiyası təşkil edib. Belə ki, sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq TuranBank-ın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin...

OSZAR »