• EN


Bankımız ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib. 

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atmışdır.

Bankımız YAŞAT Fondunun təşkilatı dəstəyi ilə “ASAN Məktub” layihəsi çərçivəsində ASAN Könüllüləri ilə birgə aztəminatlı ailələrdən olan uşaqların, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirmişdir.

Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllüləri ilə birlikdə ASAN Məktub vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir.  Bildirək ki, adıçəkilən sosial layihə çərçivəsində TuranBank ümumilikdə 30 uşağı sevindirmişdir.

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bildiririk ki, TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.

 

TuranBank

Bizimlə etibarlıdır...

Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir.

TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərimizə bayram sovqatları paylayıb.

Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə təqdim edilib. 

"YAŞAT" Fondunun həyata keçirdiyi bu layihənin  məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Bank bundan öncə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb. 

TuranBank

Bizimlə etibarlıdır


19.03.2021

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TuranBank Ümid Yeri uşaqlar evinin balaca sakinləri arasında “Uşaqları qoruyaq” adlı rəsm müsabiqəsi keçirir. İştirak etmək üçün yaş həddi təyin olmayan müsabiqədə sığınacağın bütün sakinləri iştirak edə biləcək. 21 -31 may tarixləri arasında təşkil olunan müsabiqənin qalibi 1 İyun tarixində elan ediləcək. Qalibə bank tərəfindən kompüter və printer hədiyyə olunacaq.

 

Bütün iştirakçılara uğurlar arzulayırıq!

TuranBank


05.09.2020

Bankımız ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib. 

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atmışdır.

Bankımız YAŞAT Fondunun təşkilatı dəstəyi ilə “ASAN Məktub” layihəsi çərçivəsində ASAN Könüllüləri ilə birgə aztəminatlı ailələrdən olan uşaqların, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirmişdir.

Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllüləri ilə birlikdə ASAN Məktub vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir.  Bildirək ki, adıçəkilən sosial layihə çərçivəsində TuranBank ümumilikdə 30 uşağı sevindirmişdir.

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bildiririk ki, TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.

 

TuranBank

Bizimlə etibarlıdır...


01.09.2020

Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank bu dəfə bölgələrdə fəaliyyət göstərən 3 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin etmişdir. Belə ki, Lənkəran şəhərindən Şamo Nurullayevə, Qazax rayonundan Şamil Muradlı və Gəncə şəhərindən Ülfət Quliyevə özünüməşğulluq proqramına müraciətləri əsasında peşəkar fotoaparat avadanlıqları təqdim olunmuşdur. 

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank


01.09.2020

 TuranBankdan gənclərə dəstək davam edir

TuranBank gənc məzunlara karyeralarının başlanğıcında çox vacib olan iş təcrübəsi və bu sahədə biliklərə yiyələnmələri üçün geniş imkanlar yaradan “Gənc İstedadlara Dəstək” adlı layihə uğurla davam edir. Yeni əməkdaşların hazırlanması məqsədilə təşkil olunan layihənin növbəti qrupu üzrə təlimlər başa çatmışdır.

Qeyd edək ki, 5 gün davam edən təlim dövründə bankın baş ofisində departament və şöbə rəhbərləri tərəfindən iştirakçılara təlim keçirildi. Təlimdə əyani olaraq iş prosesinin aparılması, bir başa satış kanallarının, instrumentlərinin və prinsiplərinin əsasları, filiallarda işin qurulması kimi mövzularda nəzəri məlumatlar verildi.

Sözügedən qrupda təlimləri başa vurmuş 13 nəfərdən 11 təlimçi onlar üçün ayrılmış 2 aylıq hədəfli təcrübə dövründə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanını qazanmışlar.

Qeyd edək ki, layihənin uğurlu nəticəsi olaraq bu günə qədər təlimdə iştirak edən 115 təcrübəçidən 48 təcrübəçi TuranBankda işlə təmin olunmuşdur.

Təcrübəçiləri təbrik edir gələcək karyeralarında onlara uğurlar arzulayırıq

TuranBank gənc istedadları üzə çıxarmağa imkan verən uğurlu layihəsini bundan sonra da davam etdirəcəkdir.

TuranBank

Bizimlə etibarlıdır...


01.09.2020

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasına imza atmışdır. Ənənəyə sadiq qalaraq bu il də TuranBank 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə paytaxtda yerləşən  uşaq evlərindən birinə yola düşdü. Bankın kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Ümid” uşaq sığınacaq evinin balaca sakinlərinə baş çəkmiş, onları müxtəlif hədiyyə və sovqatlar təqdim etməklə müqəddəs bayram günü münasibətilə təbrik etmişlər.

Eyni zamanda, adıçəkilən sığınacaq evinin rəhbərliyinin istəyi əsasında uşaqların psixoloji yardıma olan ehtiyacının qarşılanması ilə əlaqədar  peşəkar psixoloq xidmətlərinin göstərilməsi istiqamətində razılıq əldə olunmuş və bu işin həyata keçirilməsi üçün TuranBank tərəfindən maliyyə dəstəyi göstərilmişdir.

Uşaqlar bizim gələcəyimizdir, onları bir gün deyil, hər gün qoruyaq.

 

TuranBank


01.09.2020

13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilmişdir.

Artıq 4-cü dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 22 kredit təşkilatından 70-ə yaxın nümayəndə iştirak etmişdir. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında TuranBank 3-cü yerin sahibi olmuş, şəxsi hesabda isə TuranBankın əməkdaşı Əliyarov Ruslan 2-ci yeri qazanmışdır.

Komandamızı təbrik edir və gələcək yarışlarda uğurlar arzu edirik.

TuranBank......

Bizimlə etibarlıdır


01.09.2020

TuranBank Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində özünün növbəti layihəsini uğurla başa vurmuşdur. Belə ki, 2 may tarixində Bankda baş ofis və filialların əməkdaşlarının iştirakı ilə bankdaxili şahmat turniri keçirilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə yüksək nəticələr göstərən Binəqədi filialı, İstehlak kreditləri bölməsinin mütəxəssis köməkçisi Axundov Mehdi 1-ci,  Xaçmaz filialı İstehlak kreditləri bölməsinin baş mütəxəssisi Əliyarov Ruslan 2-ci və Tovuz filialı, Biznes kreditləri bölməsinin rəhbəri Abdullayev Rövşən isə 3-cü yeri tutmuşlar. Turnirin qalibləri bankımızı 13- 15 may tarixləri aralığında keçirilməsi nəzərdə tutulan banklararası şahmat turnirində təmsil edəcəklər.

 

Qeyd edək ki, bu qəbildən olan yarışları keçirməkdə məqsəd Bankın fəaliyyətində onun uğur  göstəricisinin əsası olan  vahid komanda ruhunu öz əməkdaşlarına aşılamaqdır. 

 

TuranBank

 

Bizimlə etibarlıdır.....


01.09.2020

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasına imza atmışdır. Bankın kollektivi ənənəyə sadiq qalaraq bu il də Novruz bayramı münasibətilə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən uşaq Kardiorevmatoloji Sanatoriyasının balaca sakinlərilə görüşmüş və onları müxtəlif hədiyyələrlə sevindirmişdir. Daha sonra bank əməkdaşları uşaqlarla birlikdə Nizami Kino Mərkəzində təşkil olunan Novruz Şənliyini seyr etmişlər.

Uşaqların bankın əməkdaşları və balaca dostlarının ətrafında maraqlı və şən zaman keçirdiklərinə ümid edərək, bayramlarını səmimi qəlbdən təbrik edirik!

TuranBank uşaqlara böyük sevinc bəxş edən bu qəbildən olan tədbirləri bundan sonra da mütəmadi təşkil edəcəkdir.


01.09.2020

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TuranBank tərəfindən Ümid Yeri uşaqlar evinin balaca sakinləri arasında təşkil olunan müsabiqənin qalibi müəyyən olundu. 13 yaşlı Vüsal Məmmədov “Günəş” adlı kompozisiyası ilə qalib seçildi və bankdan hədiyyə olaraq kompüter və printer qazandı.

Bütün iştirakçılara təşəkkürümüzü bildirir qalibi təbrik edirik!

Uğurları bol olsun!

Bir daha balaca dostlarımızı 01 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik!

TuranBank


01.09.2020

Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank 15 iyun- Milli Qurtuluş Günü ərəfəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq və digər əmlakın verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 3 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin etmişdir. Belə ki, Bakı şəhərindən Əhməd İsmayılov və Ramik Əliyev, Xaçmaz rayonundan isə Ramin Əliyev özünüməşğulluq proqramına müraciətləri əsasında avtoyuma üçün peşəkar avadanlıqlarla təmin olunmuşdur. 

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank

Bizimlə etibarlıdır......

 


01.09.2020

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın...

TuranBank 2025-ci ilin I rübünün nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin I rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 876 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli...

TuranBank gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və...

TuranBank nüfuzlu maliyyə qurumundan kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi...

TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub. Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan...

TuranBank ASC-nin Müşahidə Şurasının iclası keçirilib

TuranBank ASC-nin Müşahidə Şurasının geniş tərkibli növbəti iclası keçirilib. Bankın  Müşahidə Şurasının sədri Rauf Kazımovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin baş direktorlar iştirak ediblər. İclasda 2024-cü il üzrə Bankın illik fəaliyyətinə dair İdarə Heyətinin hesabatı dinlənilib, cari inkişaf strategiyasının icrası və əldə olunmuş nəticələr...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir. Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac...

TuranBank ağacəkmə aksiyası təşkil edib

Fəaliyyətində Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini rəhbər tutan TuranBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirərək ağacəkmə aksiyası təşkil edib. Belə ki, sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq TuranBank-ın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin...

OSZAR »